“Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı bütün məqsədlərinə çatdıqda yekunlaşacaq, əsas budur ki, səmərəlilik olsun”.
Elchi.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov “Rossiya 24” telekanalına müsahibəsində deyib: “Bizim heç bir şübhəmiz yoxdur ki, xüsusi hərbi əməliyyat hədəflərə çatdıqdan sonra yekunlaşacaq. Onun dəqiq vaxt çərçivələri yoxdur, əsas bu əməliyyatın effektivliyidir”.
O, xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin dəfələrlə Silahlı Qüvvələrin mülki infrastruktura ziyan vurmaması və mülki əhali arasında itkilərin qarşısını almaq üçün dəqiq əmrə malik olduğunu vurğulayıb.
“Buna görə də silahlı qüvvələr çox diqqətlə işləyir, mülki infrastruktura hər hansı zərbələr istisna olmaqla yüksək dəqiqlikli silahlardan istifadə edir. Təəssüf ki, Ukrayna tərəfi haqqında bunu demək mümkün deyil”, – Peskov bildirib.