Ukraynada təyyarə qəzası – 8 nəfər öldü

71

Yunanıstanda qəzaya uğrayan Ukraynanın “Meridian” şirkətinə məxsus “An-12” təyyarəsində Serbiyadan Banqladeş üçün nəzərdə tutulmuş 11,5 ton silah daşınırmış.

Elchi.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Serbiya baş nazirinin müavini, müdafiə naziri Neboyşa Stefanoviç bildirib.

Neboyşa Stefanoviç təyyarənin Serbiyadan Ukraynaya silah daşıdığı barədə xəbərlərin isə yalan olduğunu vurğulayıb.

Serbiya müdafiə naziri qəza zamanı təyyarənin 8 heyət üzvünün həlak olduğunu bildirib.

Təyyarənin Serbiyanın Niş hava limanından yerli vaxtla saat 20:40 radələrində havaya qalxıb. Təyyarənin Niş-Əmman-Ər-Riyad, Əhmədabad-Dakka marşrutunun öncədən razılaşdırıldığı da açıqlanıb. Təyyarə Yunanıstanın Kavala şəhərindən 40 km uzaqlıqda yerə çırpılıb.

***

saat 03.25

Yunanıstanın şimalında Ukraynanın Antonov yük təyyarəsi qəzaya uğrayıb.

Elchi.az-ın məlumatına görə, bu barədə Yunanıstanın İctimai Televiziyası məlumat yayıb.

Ukraynanın “Meridian” şirkətinə məxsus təyyarə Serbiyadan İordaniyaya uçurmuş.

İlkin məlumata görə, təyyarədə səkkiz nəfərdən ibarət ekipaj olub.

Pilot dispetçerə mühərrikin nasazlığı barədə məlumat verib, bundan sonra o, Kavala hava limanında təcili eniş üçün icazə alıb, lakin hava gəmisi radarlardan itib.

https://ren.tv/player/video/embed/1001172#autoplay=1;