Rusiyanın genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 358 uşaq həlak olub, 683-dən çox uşaq isə yaralanıb.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
“Rusiya Federasiyasının ölkəmizə genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1041-dən çox uşaq xəsarət alıb. Ölənlərin sayı 358, yaralıların sayı isə 683-dür”, – məlumatda deyilir.