Ukraynada müharibədə həlak olan uşaqların sayı 353-ə çatıb

63

Ukraynada müharibədə həlak olan uşaqların sayı 353-ə çatıb.

Elchi.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun “Telegram” hesabında məlumat verilib.

Bildirilib ki, fevralın 24-dən bu günə qədər 353 uşaq həyatını itirib, 662 uşaq yaralanıb.

Baş Prokurorluqdan o da bildirilib ki, aktiv hərbi əməliyyatların aparıldığı əraziləri və müvəqqəti işğal olunmuş əraziləri yoxlamaq mümkün olmadığı üçün bu məlumatlar tam dəqiq deyil.

Qeyd olunub ki, Donetsk vilayətində – 353, Xarkov vilayətində – 191, Kiyev vilayətində – 116, Çerniqov vilayətində – 68, Luqansk vilayətində – 61, Nikolayev vilayətində – 53, Xerson vilayətində – 52, Zaporojye vilayətində – 31 uşaq Rusiyanın Ukraynaya qarşı apardığı müharibədən zərər çəkib.