Ukrayna Milli Bankı (ÜMB) devalvasiya barədə qərar verib.
Elchi.az xarici KİV-lərə istinadən xəbər verir ki, bank ABŞ dollarının məzənnəsini 25% artırılaraq 29,25 qrivnadan 36,5886 qrivnaya çatdırılıb.
“Bu addım Ukrayna istehsalçılarının rəqabət qabiliyyətliliyini artıracaq, müxtəlif biznes və əhali qrupları üçün məzənnə şərtlərini yaxınlaşdıracaq və müharibə şəraitində iqtisadiyyatın sabitliyini qoruyacaq”, – deyə UMB-nin açıqlamasında qeyd olunub.