Ukrayna Xarkovda 300 yaşayış məntəqəsini azad etdi

36

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində 300-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib.
Elchi.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
“Xarkov vilayətinin azad edilməsi əməliyyatı bir neçə gün davam etdi. Sentyabrın 6-dan bu günə kimi 3800 kvadratkilometr ərazi, 300-dən çox yaşayış məntəqəsi və 150 minə yaxın insan işğaldan azad edildi. Bu insanlar əslində burada girov olublar”, – Malyar bildirib.
O qeyd edib ki, əməliyyat Xarkov vilayəti tam azad olunana qədər davam edəcək.