Ukrayna və Türkiyə müdafiə nazirlərinin telefon danışığı olub

24

Ukrayna müdafiə naziri Aleksey Reznikov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.

Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Hulusi Akar dərhal atəşkəsin əldə olunmasına ehtiyac olduğunu və bununla yanaşı, indiyə qədər olduğu kimi, Türkiyənin Ukraynaya sülhün əldə olunması və humanitar yardımla bağlı dəstək verməyə davam edəcəyini deyib.

“Telefon danışığında A400M təyyarələrimizin Türkiyəyə təhlükəsiz daşınmasının təmin edilməsi məsələsi də müzakirə olunub”, – Türkiyə MN-in mətbuat xidməti bildirib.