Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb

70

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin “Facebook” səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1649 tankı, 3829 zirehli döyüş maşını, 838 artilleriya sistemi, 247 reaktiv yaylım atəşi sistemi, 109 havadan müdafiə sistemi, 217 hərbi təyyarəsi, 188 helikopteri, 2699 avtomobil texnikası və yanacaq çəni, 15 gəmi/kateri, 676 dronu, 66 xüsusi avadanlığı, 155 qanadlı raketi məhv edilib.
Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 37 470-ə qədər canlı qüvvə itirdiyini bəyan edib.