Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb

0

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Facebook” səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1 302 tankı, 3 194 zirehli döyüş maşını, 606 artilleriya sistemi, 201 reaktiv yaylım atəşi sistemi, 93 havadan müdafiə sistemi, 205 hərbi təyyarəsi, 170 helikopteri, 2 213 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri, 480 dronu, 43 xüsusi avadanlığı, 112 qanadlı raketi məhv edilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya tərəfinin təxminən 29350-yə qədər canlı qüvvəsini itirdiyini bəyan edib.