Avqustun 20-də Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri Dnepropetrovsk vilayətində rusların Qara dənizdən atdığı 4 “Kalibr” qanadlı raketini məhv edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Feysbuk səhifəsində məlumat yayıb.
“Bundan başqa, səhər saatlarında düşmənin daha bir PUA-sı məhv edilib”, – məlumatda bildirilib.
Qeyd edək ki, Ukrayna ordusu daha əvvəl də Rusiyaya məxsus ümumi dəyəri 26 milyon dollar olan 4 “Kalibr” qanadlı raketini vurmuşdu.
Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər
Yapon klimatoloqları müəyyən ediblər ki, qlobal istiləşmənin təsiri altında Sibir və Uzaq Şərqin cənub rayonlarında meşə yanğınlarının artması Avrasiyanın şimalında...