Ukrayna Rusiyanın 91 milyon dollarlıq raketlərini vurdu

36

Ötən gün axşam saatlarında Ukrayna ordusu Rusiyanın səkkiz X-101 (X-555) qanadlı raketindən yeddisini vurub. Bu, işğalçı qüvvələrə 91 milyon dollara başa gəlib.
Bu barədə “Forbes” məlumat yayıb.
Məlumatda rus raketlərinin qiymətləri də açıqlanıb: X-101 – 13 milyon dollar; “Kalibr” – 6,5 milyon dollar; “İsgəndər” – 3 milyon dollar; “Oniks” – 1,25 milyon dollar; X-22 – 1 milyon dollar; Toçka-U – 0,3 milyon dollar.
“Bildiyiniz kimi, həmin axşam zenit-raket qoşunları 6 raketi məhv edib, digəri isə qırıcı tərəfindən vurulub”, – məlumatda deyilir.