Ukrayna Qərb dövlətlərindən əlavə artilleriya sistemləri istəyib

50

Ukraynanın müdafiə naziri Aleksey Reznikov yenidən Qərb dövlətlərindən dəqiq artilleriya sistemləri istəyib.

Elchi.az-ın UNİAN-a istinadla xəbərinə görə, nazir bu tələbini ABŞ-ın “Atlantic Council” analitik təşkilatının təşkil etdiyi diskussiyada səsləndirib.

Ordu rəhbəri bildirib ki, dəqiq artilleriya hərbi əməliyyat meydanında vəziyyəti dəyişə bilər.

Nazir xatırladıb ki, 80 km məsafədə hədəfi vuran HİMARS sistemləri sayəsində qısa müddətdə otuzdan çox komanda məntəqəsi və silah anbarı dağıdılıb. İndi 150 km və daha böyük məsafədə hədəfi dəqiqliklə vura bilən sistemlərə ehtiyac hiss olunur.