Ukrayna ordusu Rusiyaya məxsus 4 silah anbarını məhv edib

32

Ukrayna ordusu Xerson, Luqansk və Donetsk vilayətlərində Rusiyaya məxsus 4 silah anbarını və 3 bazanı məhv edib.
UNİAN-ın xəbərinə görə, bu barədə Odessa hərbi administrasiyası məlumat yayıb.
Bundan başqa, Pivden Operativ komandanlığı bildirir ki, sutka ərzində Rusiya ordusunun mövqelərinə 6 hava zərbəsi endirilib. Nəticədə 52 nəfər canlı qüvvə, 3 ədəd T-62 tankı, 3 ədəd QRAD qurğusu, 1 ədəd MSTA topu, avtomobil texnikası və təchizat məntəqəsi məhv edilib.