Ukrayna ordusu rusların Melitopol şəhərindəki aerodromuna zərbələr endirib.
Bu barədə Melitopol meri İvan Fyodorov məlumat yayıb.
“Dünən müharibənin ilk günlərindən düşmənin işğal etdiyi aerodromda partlayışlar baş verib. Şahidlərin sözlərinə görə, düşmən vurulmuş texnikalarını, o cümlədən helikopteri aerodrom ərazisindən çıxarıb”, – Fyodorov bildirib.
Çin ABŞ-ı Tayvanı silahlandırmağı dayandırmağa çağırır
ÇXR ABŞ-ı Tayvanı silahlandırmağı dayandırmağa və Çinin sülh yolu ilə birləşməsini dəstəkləməyə çağırıb. Elchi.az xəbər verir ki, bunu ABŞ dövlət...