Ukrayna İzyumda əks hücuma keçəcək

29

Ruslar Donetskin şimalından Zaporojyeyə qoşun yeridir və Slavyanska irəliləmək kampaniyasına son qoyur. Bu, yəqin ki, Ukrayna Silahlı Qüvvələrinə İzyum istiqamətində əks hücuma keçmək imkanı yaradacaq.

Elchi.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Qoşunların Don etsk vilayətindən çıxarılması çox güman ki, Ukraynaya İzyum istiqamətində əks-hücum əməliyyatına başlamaq imkanı yaradacaq. Rusiya qoşunlarının Zaporojye vilayətinə yeridilməsi onu deməyə əsas verir ki, Ukraynanın əks-hücumları təkcə Xerson bölgəsi ilə məhdudlaşmır və ehtimal ki, bütün cənub boyunca baş verəcək”, – məlumatda deyilib.