“Dron ordusu” proqramı çərçivəsində alınan pilotsuz təyyarələrin ilk dəsti Ukraynaya çatdırılıb. Artıq bu gün onlardan 30-u Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsi üçün cəbhə xəttinə gedəcək.
Bu barədə Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fyodorov bildirib.
“Onların sürəti 160 km/saata, uçuş məsafəsi isə 60 km-ə çata bilər. Bu, kəşfiyyatçılara düşmən xəttinin arxasına keçməyə və mühüm məlumatlar əldə etməyə imkan verəcək”, – məlumatda qeyd edilib.
Rusiya və Ukrayna üzbəüz danışıqlar apardı
Ombudsman Lvova-Belova: Rusiya Federasiyası və Ukrayna uşaqlarla bağlı üzbəüz danışıqlar aparıb. Elchi.az xəbər verir ki, Ombudsman Mariya Lvova-Belova bildirib ki, Qətərin vasitəçiliyi...