Ukrayna bu strategiya ilə qalib gələ bilməyəcək – Orban

27

Ukrayna NATO-nun hazırkı dəstək strategiyası ilə Rusiyanı məğlub edə bilməyəcək.

Elchi.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Bu müharibə belə formada qələbə ilə başa çata bilməz. NATO-nun Ukraynaya silah və dəstək strategiyası göstərdi ki, o, uğur qazana bilməyəcək. Strategiya dəyişikliyi olmadan sülh olmayacaq. Ukraynada da sülh olmasa, bütün Avropa İttifaqı müharibəyə cəlb ediləcək”, – Orban bildirib.