Ukrayna ABŞ-dan yeni silahlar istəyir

38

Ukrayna yaxın günlərdə yeni silahlar tədarük etməsi üçün ABŞ-a müraciət etməyi düşünür.

Elchi.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Tədarük edilməsi istənilən silahlara 300 kilometr mənzilə malik ATACMS raketləri, PUA və artilleriyalar daxildir.

Siyahıda ümumilikdə 29 adda silah yer alıb. Onların arasında HİMARS üçün 2000 ədəd mərmi və gəmi əleyhinə raketlər də var.