UEFA Türkiyənin “Fənərbağça” klubuna intizam işi açıb.
Buna İstanbul təmsilçisinin azarkeşlərinin evdə Ukraynanın “Dinamo” (Kiyev) komandasına 1:2 hesabı ilə uduzduqları Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundakı davranışı səbəb olub.
Fanatlar 57-ci dəqiqədə hesabı açan Kiyev klubunun futbolçusu Vitali Buyalskinin təxribatçı hərəkətlərinə qarşılıq olaraq, Rusiya Prezidenti Vladimir Putinin lehinə şüarlar səsləndiriblər.
Qeyd edək ki, matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İlk görüşdə qolsuz bərabərlik qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda daha bir qol vuran kiyevlilər növbəti mərhələyə yüksəlib.
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17 yaşadək sərbəst və yunan-Roma güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək. Elchi.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyası ilə Gənclər və...