Qurbanmamet Elyasov Türkmənistanın Azərbaycanda yeni səfiri təyin edilib.
Bununla bağlı Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov fərman imzalayıb.
Digər fərmanla Məkan İşanquliyev Azərbaycandakı səfir postundan geri çağırılaraq Türkiyəyə səfir təyin olunub.
Qeyd edək ki, Qurbanmamet Elyasov Türkmənistanın Yaponiyadakı səfiri olub.
İlham Əliyev Moskvaya gedir
Aprelin 22-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Rusiyaya işgüzar səfərə gələcək Azərbaycan Prezidenti Əliyev arasında danışıqlar keçiriləcək. Elchi.az xəbər verir...