Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətinin iclası keçirilib.
Türkiyə mətbuatı xəbər verir ki, toplantıda baş nazir və partiya sədrliyinə namizədin adı açıqlanıb.
45 dəqiqə davam edən iclasda partiyanın rəhəri vəzifəsinə nəqliyyat, rabitə, dənizçilik naziri Binali Yıldırımın namizədliyi dəstəklənib.
Binəli Yıldırım AKP-nin mayın 22-də keçiriləcək fövqəladə qurultayında AKP-nin sədri seçiləcək və baş nazir olacaq.