Azərbaycanda səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib.
Ziyarət çərçivəsində Heydər Əliyevin abidəsi önünə gül qoyulub, daha sonra qonaqlar “Əbədi məşəl” abidəsi və Türk Şəhidliyini ziyarət ediblər.
Ziyarətdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da iştirak edib.
Ziyarətdən sonra jurnalistlərə açıqlama verən türkiyəli nazir deyib ki, bu gün və sabah Bakıda görüşləri olacaq, sonra isə Şuşaya səfər edəcəklər:
“Azərbaycanla münasibətlərimizi bütün sahələrdə genişləndirəcək və inkişaf etdirəcəyik. Şuşanın azad edilməsi burada necə qarşılanmışdısa, Türkiyədə də elə sevinclə qarşılandı. Gözəl ziyarət olacağına ümid edirəm. Azərbaycan və Türkiyənin əməkdaşlığını, dostluğunu, qardaşlığını bütün sahələrdə inkişaf etdirərək şəhidlərimizin əziz xatirəsinə layiq işlər görməyə çalışacağıq”.
Qeyd edək ki, Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkın rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 19-21-də Azərbaycanda rəsmi səfərdə olacaq. Səfər çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə görüş nəzərdə tutulub.
Görüşdə əməkdaşlıq istiqamətləri, birgə layihələr müzakirə ediləcək.
Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir
Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin plastdarmına çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı yaratmalıdırlar. Elchi.az xəbər verir ki,...