Türkiyə sonadək Azərbaycanla birlikdə olacaq.
Elchi.az xəbər verir ki, bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Baxçalı deyib.
“Can qardaşlarımız nə vaxt və harada istəsələr, polad bilək olacağıq, eyni mövqedə ətdən divar çəkəcəyik. Ankara ilə Bakının taleyi eynidir. Türkü türkdən ayıracaq nə bir sərhəd, nə də bir maneə var. Biz bir millət, iki dövlətik, vücudumuz ayrı olsa da, ruhumuz birdir.
Qarabağda şəhid olan əsgərlər bizimdir. Rəhmət və ehtiramla yad etdiyimiz şəhidlər bizim şəhidlərimizdir. Alınacaq qisas, sorulacaq hesab namusumuza əmanətdir”, – Baxçalı qeyd edib.
Əliyev və Şolts mətbuat konfransı keçirirlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər. Elchi.az xəbər...