Türkiyə regionda və dünyada daha təsirli olub.
Bunu RBK-ya müsahibəsində Ermənistan Prezidenti Armen Sərkisyan deyib.
“O, Gürcüstanda iqtisadi cəhətdən təsirlidir. Əgər səhv etmirəmsə, Gürcüstanın ticarətinin 40%-i Türkiyə ilədir. İndi Türkiyə çox güclüdür. O, Azərbaycan iqtisadiyyatında böyük təsirə sahibdir. Yəni Türkiyə hərbi-siyasi mənada daha təsiri olub”, – deyə o bildirib.