Türkiyə Azərbaycana daha 13 mina təmizləyən maşın verib.
Elchi.az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində bildirilib.
“MSB_ASFAT tərəfindən yerli və milli imkanlarla istehsal edilən daha 13 ədəd Mexaniki Mina Təmizləmə Maşını (MEMATT) Azərbaycan Müdafiə Nazirliyinə təhvil verildi. Bugünə qədər Azərbaycana ixrac edilən MEMATT sayı 20-yə çatdı”, – deyə məlumatda qeyd olunub.