Türkiyədə meymunçiçəyinə yoluxanların sayı 5-ə çatıb

31

Türkiyədə 5 nəfər meymunçiçəyi virusuna yoluxub.

Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir Türkiyədə ilk dəfə 30 iyunda aşkarlanan meymunçiçəyi virusuna yoluxanların sayının artdığını bildirib: “Ölkəmizdə meymunçiçəyi virusuna 5 yoluxma aşkar edilib, onlardan 4 nəfər sağalıb, bir nəfərin isə müalicəsi davam edir”.

Nazir əlavə edib ki, xəstəlik yaxın təmasla keçir, ona görə də pandemiya riski yoxdur.