Türkiyə ordusu “Pençe-Kilit” əməliyyatında 289 terrorçunu zərərsizləşdirib

36

Türkiyə Silahlı Qüvvələri 17 aprel 2022-ci il tarixində İraqın şimalında başladılan “Pençe-Kilit” antiterror əməliyyatı çərçivəsində 289 PKK terrorçusunu zərərsizləşdirib.

Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Həmçinin, qeyd olunub ki, 330 mağara və sığınacaq məhv edilib.