Türkiyə Baş Qərargah rəisi Azərbaycana gəldi

53

Sentyabr 5-də Türkiyə Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər ölkəmizə səfər edib.

Elchi.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

İşgüzar səfər çərçivəsində ordu generalı Y.Gülərin Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2022” dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisini ziyarət etməsi və bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.