APA-nın “censor.net” saytına istinadən verdiyi məlumata görə, A. Turçinovu aparan “Kuguar” zirehli avtomobili aeroport ətrafındakı Opıtnoye kəndi ərazisində atəş altında qalıb. Nəticədə təkərlərdən biri zədələnib. Atəşin davam etməsinə baxmayaraq, təkər dərhal dəyişdirilib. A. Turçinov hər hansı yara almayıb.