Trassdan Consona: Hər kəs sənə heyrandır!

52

Böyük Britaniyanın yeni seçilmiş Baş naziri Liz Trass sələfi Boris Consona təşəkkür edib.

Elchi.az xəbər verir ki, Trass baş nazirlik uğrunda seçkilərin nəticələri açıqlanandan sonra çıxış edib.

“Boris, sən “Breksit”ə nail oldun, Ceremi Korbini məğlub etdin, vaksinasiyanı həyata keçirdin və sən Vladimir Putinə müqavimət göstərdin. Kiyevdən Karlayla kimi hər kəs sənə heyrandır”, – Trass bildirib.