Böyük Britaniyanın yeni Baş naziri Liz Trass Nyu-Yorkda Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
Elchi.az xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.
BMT-nin Baş Assambleyasında baş tutan görüş zamanı tərəflər Ukrayna ordusunun son günlərdə əldə etdiyi irəliləyişləri alqışlayıblar, Ukraynanın hərbi, iqtisadi və siyasi cəhətdən dəstəklənməsinin vacibliyi ilə bağlı razılığa gəliblər.
Liderlər Rusiyanın enerjisindən asılılığa son qoymaq və enerji təhlükəsizliyini gücləndirmək üçün birgə işləməyin vacibliyini vurğulayıblar: