ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən 2021-ci ildə yaradılan “Truth Social” adlı sosial media platforması “Google Play Store” tərəfindən təsdiqlənməyib.
Elchi.az “Haberler.com”a istinadən bildirir ki, vəziyyətlə bağlı açıqlama verən “Google” sözçüsü platformanın təsdiqinin hələ də verilməməsinin səbəbi kimi məzmun idarəçiliyinin qeyri-kafi olduğunu bildirib.
Lakin “Truth Social”ın rəhbərliyindən hələlik rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, 2020-ci ildə ABŞ-da prezident seçkilərindən sonra Donald Trampın bütün sosial media hesabları qadağan edildi. Bu vəziyyətdən sonra öz platformasını quracağını açıqlayan Donald Tramp “Truth Social” adlı tətbiqi fevralın 21-də yaradıb. Google-dan təsdiq ala bilməyən tətbiqi smartfon bazarının 40 faizini təşkil edən Android telefonlarına yükləmək mümkün olmayıb.
Yeganə