Tramp: “Amerika iqtisadiyyatı çox gözəl vəziyyətdədir”

2

ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkə iqtisadiyyatı çox gözəl vəziyyətdədir, indi Çində böyük problemlər var.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

“İqtisadiyyat çox gözəl vəziyyətdədir. Bizdə sərvətin və müvəffəqiyyətin çox uzun müddətli dövrü olacaq. Çində işlər çox-çox pis gedir”, – deyə o, jurnalistlərə bildirib.

Tramp qeyd edib ki, ABŞ-ın iqtisadiyyatı əvvəlki kimi güclüdür və ona yeni sərmayələr axır.