Tiflis prospektində hərəkət qaydaları dəyişdi

47

Tiflis prospekti ilə Azər Əliyev küçəsinin kəsişməsində yol hərəkətinin təşkilinə dəyişiklik edilib.

Elchi.az xəbər verir dəyişiklik barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Dəyişikliyə əsasən yolun buraxıcılıq qabiliyyətinin və piyadaların hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə svetoforun daimi sağa dönməyə icazə verən əlavə bölməsi ləğv edilib və ən sağ zolaqda yol nişanlanmasına dəyişiklik edilərək düzünə və sağa hərəkətə icazə verilib.

Sürücülərdən dəyişikliyi nəzərə almaqları və dəyişikliyə uyğun olaraq yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edilir.