“İsrail Azərbaycan əlaqələrində hərbi -texniki əməkdaşlıq yeni müstəviyə daxil olur. İsrail müdafiə nazirinin Azərbaycana səfəri iki dövlət arasında müdafiə sahəsində əlaqələr, yeni birgə silah müəssislərinin yaradılması və açıq şəkildə hərbi dəstəyin veriləcəyi mesajıdır”.
Elchi.az xəbər verir ki, bu barədə MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə FB hesabında bildirib:
“Bu illər ərzində hərbi-texniki və müdafiə sahəsində əməkdaşlıq müəyyən dərəcədə qapalı aparılırdı. Bundan sonra, rəsmi Bakı iki ölkə arasında münasibətləri açıq şəkildə davam etdirəcək. Müdafiə nazirinin səfəri sıradan bir səfər deyil, bu Azərbaycana hərtərəfli dəstəyin nümayişidir.
İsrailin müdafiə nazirinin səfərindən sonra Azərbaycana yeni silahların verilməsi reallaşacaq. Anti-Pua sistemlərin verilməsi və yeni nəsil dronların tədarükü və digər silahların idxalı razılaşdırlıb. Qeyd edim ki, İran Ermənistana yeni kamikadze və pua-lar verə bilər. Ermənistan da bu kimi sailahların əldə edilməsinə çalışır. Ona görə də Azərbaycan üçün anti-pua sistemləri vacibdir. İranın Zəngəzur məsələsində tutduğu mövqe bu ölkənin Ermənistana kamikadze dronlar verməsi ilə nəticələnə bilər.
RegiondaTürkiyə-Azərbaycan-İsrail və Pakistan hərbi platforması qurulur.
Bu prosesə Böyük Britaniyada dəstək verir. İsrail Azərbaycan əlaqələri Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmininə xidmət edir. Bu əməkdaşlıq son aylarda Azərbaycana qarşı formalaşan siyasi-hərbi fəaliyyətləri neytrallaşdıracaq.
Yeni siyasi reallıqların formalşaması, Azərbaycana qarşı açıq şəkildə desturiktiv mövqe ortaya qoyan İran və digər ölkələrin siyasəti açıq fəaliyyətə keçib. Ona görə də Azərbaycan İsraildə səfirlik açmalıdır. Geosiyasi reallıq və Azərbaycanın milli maraqları bunu tələb edir. Gələn il İsraildə səfirlik açıla bilər. Qeyd edim ki, İsrail prezidentinin Azərbaycan prezidentinə göndərdiyi məktublarda İsraildə səfirlik məsələsinə toxunur. Ona görə də bu məsələnin həllinin zamanıdır.
Əgər, Tehran Zəngəzurda Azərbaycan əleyhinə konsulluq açırsa, biz nədən dost İsraildə səfirliyin açılmasını gecikdirək?!
Milli Cəbhə partiyasi olaraq İsraildə səfirliyimizin açılmasını vacib bilirik. Bu, ölkəmizin təhlükəsizliy maraqlarina cavab verir”.
Şayəstə