Bu gün Ukrayna taxılını daşıyan ilk gəmi ölkənin Odessa limanından yola düşüb.
Elchi.az xəbər verir ki, bu haqda məlumatı “CNN Türk” yayıb.
Bildirilib ki, Syerra-Leone bayrağı altında üzən “Razoni” adlı qarğıdalı ilə yüklənmiş gəmi Livana gedəcək.
Qeyd edək ki, Türkiyə, Rusiya, Ukrayna və BMT arasında iyulun 22-də İstalbulda Ukrayna taxılının təhlükəsiz şəkildə daşınması barədə saziş imzalanıb.