Taxıl daşıyan ilk gəmi Odessa limanından yola düşdü

35

Bu gün Ukrayna taxılını daşıyan ilk gəmi ölkənin Odessa limanından yola düşüb.

Elchi.az xəbər verir ki, bu haqda məlumatı “CNN Türk” yayıb.

Bildirilib ki, Syerra-Leone bayrağı altında üzən “Razoni” adlı qarğıdalı ilə yüklənmiş gəmi Livana gedəcək.

Qeyd edək ki, Türkiyə, Rusiya, Ukrayna və BMT arasında iyulun 22-də İstalbulda Ukrayna taxılının təhlükəsiz şəkildə daşınması barədə saziş imzalanıb.