Taliban “İŞİD”ə qarşı əməliyyata başlayıb

2
Taliban "İŞİD"ə qarşı əməliyyata başlayıb

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı ölkənin şərqindəki Nanqarhar əyalətində və paytaxtda “İŞİD” terror qruplaşmasının yaraqlılarına qarşı əməliyyata başladığını elan edib. Bu barədə “The Khaama Press” agentliyi məlumat yayıb.

Bu ay ərzində Nanqarharda eyni anda bir neçə partlayış və silahlı hücum baş verib. Hadisələrin qurbanları həm taliblər, həm də yerli sakinlər olub. “İŞİD”in bir qolu olan “Xorasandakı İslam Dövləti” partlayış və silahlı hücumların bəzilərinə görə məsuliyyəti öz üzərinə götürüb.

Qeyd edək ki, paytaxt Kabil də bir neçə dəfə raket hücumuna məruz qalıb. Qruplaşmanın tərəfdarları buna görə də məsuliyyəti öz üzərinə götürüb.

Bununla yanaşı, sentyabrın 21-də “Taliban” sözçüsü Zabihulla Mücahid “İŞİD” və “Əl-Qaidə” silahlılarının Əfqanıstanda olması barədə xəbərləri uydurma adlandırıb, “İŞİD” in “Taliban” üçün təhlükə yaratmadığını vurğulayıb.