Tacikistan və Qırğızıstan yolların açılmasına razılaşıb

31

Tacikistan və Qırğız Respublikası arasında son münaqişə zamanı bağlanmış yolların açılmasına dair razılıq əldə olunub.
Elchi.az xəbər verir ki, bu barədə Tacikistanın Soqdi vilayətinin başçısı Racabbay Əhmədzadə sentyabrın 19-da keçirdiyi mətbuat konfransında bildirib.
“Tacikistan və Qırğızıstan işçi qrupları hərəkət üçün yolların açılması və nəqliyyatın hərəkətini təmin etmək barədə razılığa gəliblər. Həmin gün Vorux kəndinə gedən yol açılıb”, – məlumatda deyilir.
Bildirilir ki, sentyabrın 18-də “Gülistan” buraxılış məntəqəsində işçi qrupların növbəti iclası keçirilib və tərəflər mövcud məsələlərin danışıqlar yolu ilə həll edilməli olduğunu vurğulayıblar.
Eyni zamanda, atəşkəs rejiminə riayət edilməsinin və sərhəd münaqişələrinin nəticələrinin tezliklə aradan qaldırılmasının vacibliyi qeyd edilib.