Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi Şahin Fətəliyev tərəfindən iri məbləğdə pul qalmaqalı ilə bağlı yazılar dərc olunub. Yazıda rayonun müharibə zamanı zərər görən ticarət obyektlərinə ayrılan vəsaitlərin də bir qisminin sözügedən şəxs tərəfindən mənimsənilməsi öz əksini tapıb. Sözügedən mövzu ilə əlaqədar redaksiyamıza Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən daxil olan məktubda qeyd olunur ki, heç bir fakta əsaslanmayan bu məlumatların yayılması əsassızdır. İcra hakimiyyətindən Miq.Az-a daxil olan məktubu olduğu kimi dərc edirik:
“BakuPost”, “Pravda.az”, “Editor.az”, “Azərform.az”, “Miiletinsesi.info”, “Nocomment.az”, “Ağdam.info” və digər youtube kanallarında “İcra başçısının “sağ əli” pulu götürüb aradan çıxdı” başlığı altında Tərtər Rayon İcra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Fətəliyev Şahin Famil oğlunun Xoruzlu kəndində hansısa sahibkara 250 min (iki yüz əlli min) manata satılan torpağın və rayonun Vətən müharibəsində zərər çəkən bəzi ticarət obyektlərinə ayrılan vəsaitlərin bir qismini götürərək Rusiyaya qaçdığı barədə məlumat yayılıb.
Müxtəlif saytlarda verilən həmin yazılarla bağlı bildiririk ki, rayon icra hakimiyyətinin əməkdaşı Şahin Fətəliyev 29 dekabr 2020-ci il tarixdə rayon icra hakimiyyətinə səhhəti ilə bağlı ərizə ilə müraciət edərək ona 2 ay müddətinə ödənişsiz məzuniyyət verilməsini xahiş etmişdir. 29 dekabr 2020-ci il tarixdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının 209 nömrəli əmri ilə Fətəliyev Şahin Famil oğluna 01 yanvar 2021-ci il tarixdən 01 mart 2021-ci il tarixədək ödənişsiz məzuniyyət verilmişdir. Odur ki, onun haqqında müxtəlif saytlarda heç bir fakta əsaslanmayan məlumatların yayılması əsassızdır.
Əlavə olaraq onu da bildiririk ki, Vətən müharibəsi zamanı vətəndaşlara dəymiş zərər işçi qrupu tərəfindən müəyyənləşdirilir, dövlət tərəfindən verilən kompensasiyalar onların plastik kart hesablarına köçürülür, rayon icra hakimiyyəti tərəfindən işçi qrupunun işinə müdaxilə edilmir.” Tərtər Rayon İcra Hakimiyyəti
Dairəvi yolda qəza sıxlığa səbəb oldu
Bakıda yol-nəqliyyat hadisəsi olub. Elchi.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib...