“ABŞ prezidenti Co Bayden Ermənistanın müstəqillik gününü təbrik məktubuna “Dağlıq Qarabağ xalqı” ifadəsi işlədib. Təklif edirəm Azərbaycan prezidenti də Texas xalqı ifadəsini işlətsin. Üstəlik Alabama və Nyu-Meksika ştatların da çoxluq təşkil edən afro və latın amerikalıların siyasi və sosial durumu ilə maraqlanmağa başlasın”.
Elchi.az-ın məlumatına görə, bu fikirləri politoloq Əhəd Məmmədli FB hesabında qeyd edib:
“İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Bağıri regionda sərhədlərin dəyişməyinə göz yummayacaqlarını deyib. Regionda 27 ildir sərhədlər dəyişmişdi onda niyə göz yumurdular, kör və ya bəsirət gözləri indi açılıb ??
Amerika və İranı “təbrik edirəm”. Azərbaycan hər ikisinin birləşdiyi nöqtədir. Azərbaycan ordusunun uğurlu Zəngəzur – Göyçə hərbi əməliyyatına qarşı daxildə qərbçilərlə, irançıların eyni mövqedə çıxış etməsi müşahidə edildi. Sən demə bunları Xankəndi və Xocalı narahat edir. Rəsmi Bakı, Xankəndi və Xocalını yurisdiksiyasına qaytarandan sonra Azərbaycan ordusu tarixi torpaqlarımız olan Qərbi Azərbaycan da düşməni sülhə təhrik etmək üçün yeni hərbi əməliyyatlar keçirəndə yenə qərbçilərlə, irançılar başqa bəhanələrlə dövlətlərinə qarşı çıxacaqlar. Çünki onların başqa dövlətləri var…
44 günlük müharibə xalq olaraq bir çox şeyə gözümüzü açdı. Kimin əsl dost, kimin isə münafiq düşmən olduğunu bizə göstərdi. Əbəs yerə deməyiblər dost çətin gündə bilinər. 44 günlük müharibə və ondan sonra kı hadisələr Azərbaycanın bir dövlət, xalq olaraq gələcəyini, müqəddaratını həll edən anlar idi və o anlarda kimin kim, kimin yanımızda, kimin qarşımızda olduğunu gördük. İllərdir bizə deyirdilər ki, Rusiya Ermənistanın dostudur amma Amerika ilə İran sən demə Azərbaycanın “dostudur”. 44 günlük müharibə və ondan sonra kı, hadisələr Azərbaycan xalqına göstərdi ki, təkcə Rusiya deyil həm də, ABŞ-la, İran da düşmənimiz Ermənistanın dostudur.
Məşhur Türkiyə filmində deyildiyi kimi dostum deyilsən…”.
Şayəstə