“İran rəsmilərinin, diplomatlarının və deputatlarının qonşu Azərbaycanı hədələmək və Ermənistana dəstək mahiyyəti daşıyan – “sərhədlərin dəyişdirilməsi qırmızı çizgimizdir” fikirini hər gün təkrarlamaq əvəzinə xalqının etirazına diqqət yetirməsi vacibdir, gənc qızın ölümü böyük təlatümə səbəb olub, demək bunun dərin səbəbləri var, bu haqda düşünməlidirlər”.
Elchi.az bildirir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu FB hesabında bildirib:
“Təbrizdə “ədalət və milli hökumət” şüarlarının səslənməsi Tehrana heç nə demirmi? Bizi hədələdikcə Təbriz, Ərdəbil və digər şəhərlərdəki soydaşlarımızın hisslərinə toxunurlar. Tehran bu dəfə də xalq hərəkatını boğa bilər, ancaq bir gün bu mümkün olmayacaq və şah rejimi yıxıldığı kimi indiki rejimi qorumaq da çətin olacaq”.
Yeganə