Təyyar Eyvazov: “COVID-lə bağlı sərt tədbirlərə ehtiyac yoxdur”

60

“Hazırda Azərbaycanda COVID-19-la bağlı vəziyyət qənaətbəxşdir. Sərt tədbirlərə ehtiyac yoxdur”.

Elchi.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, səhiyyə qurumları tibbi maskalardan istifadə ilə bağlı müraciətlər edib:

“Bunlara əməl etmək tövsiyə edilir. Yenidən sərt karantin qaydalarına gediləcək qədər ağır epidemioloji vəziyyətin olacağını düşünmürəm”.