Tərtər çayında anası ilə birlikdə batan şəxsin meyiti tapıldı

42

Tərtər çayında batan Qiyas Rasif oğlu Rzayevin meyiti tapılıb.

Elchi.az Report-a istinadla xəbər verir ki, həmin şəxs avqustun 26-da anası Fizzə Kamil qızı Rzayeva ilə birlikdə itkin düşüb.

F.Rzayevanın meyiti həmin gün Tərtər çayının şəhərdən keçən hissəsində tapılsa da, Q.Rzayevin axtarışları bu günə kimi davam edib.

Yaxınlarının bildirdiyinə görə, Q.Rzayevin meyiti Tərtər çayının rayonun Düyərli kəndindən keçən Qazyan arxında tapılıb.