Təhsil eksperti nazirliyin fəaliyyətindən gileyləndi

52

“Azərbaycan təhsilə ən çox diqqət ayıran ölkələr sırasındadır. Təhsilin əlçatanlılığının, rahatlığının, təhlükəsizliyinin təmin olunması üçün dövlət tərəfindən hər il yüzlərlə yeni məktəb binası tikilib istifadəyə verilir. Amma görünən odur ki, nə qədər dövlət tərəfindən diqqət, qayğı göstərilsə də, müvafiq qurum yaradılmış şəraitdən yalnız öz maraqları üçün istifadə edir”.

Elchi.az xəbər verir ki, bu fikirləri təhsil üzrə ekspert Kamran Əsədov FB hesabında qeyd edib:

“Düz bir aydan çoxdur ki, mənşəyi məlum olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi nə rəsmi müraciət etmişəm.
Düzü iki müraciət var idi, birinə mənim bildiyim, özlərinin yazıb, amma anlamadıqları qaydanı kopyalayıb yollayıblar.
Vətəndaş müraciətlərinə baxılması haqqında, informasiya əldə etmək haqqında qanuna görə 15 iş günü ərzində bu mənşəyi məlum olanlar cavab verməli idi.
Deməli, bu mənşəyi məlum olanlara sorğu yollamışam ki, Bakı şəhəri üzrə konkret olaraq bir neçə məktəbin 1-ci sinifinə qəbul zamanı bir neçə tələb var.
Şagirdin məktəbin mikroərazisində yaşaması, valideynlərindən birinin orada işləməsi və ya ailə üzvlərindən kiminsə orada təhsil alması.
Konkret olaraq məktəb adları qeyd etmişəm ki, bu məktəblərə qəbul olunan uşaqların müvafiq məlumatlarını təqdim edin, araşdıraq görək onlar həqiqətən də qeyd olunan tələblərə uyğun gəlir, yoxsa bu qaydalar yalnız imkansız, kasıb, təhsil Nazirliyində, Bakı şəhər Təhsil İdarəsində qohumu, tanışı olmayanlar üçündür?
Deməli, nə qədər birinci sinifə getməli olan uşaqlar qalıb kənarda, bunlar özləri kimi istəyir istənilən məktəbə qəbul edirlər.
Təhsil sistemi yalnız nazirlikdə olanların, Bakı şəhər Təhsil İdarəsinin rəhbərliyində olanların xidmətində durur?
Yəni Təhsil sistemində sizdən ağıllı, savadlı adam yoxdur?
Nazir son brifinqdə dedi ki, sosial məzuniyyət yerinə müddətli müqavilə ilə gedən müəllim orada sonradan yaranan vakansiyaya daimiləşə bilməz. Bəs Bakı şəhəri üzrə bu hallara kim, nəyin qarşılığında icazə verib?”.

Şayəstə