Təbrizdə Urmu gölü ilə bağlı etiraz aksiyası

51

Azərbaycanlı milli-mədəni fəallar sentyabrın 4-də Urmu gölünün quruması və duz fırtınası fəlakəti səbəbindən Təbrizdə etiraz aksiyası keçiriblər.

Elchi.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalında məlumat yayılıb.

Aksiya iştirakçıları əhalinin diqqətini bu faciəyə yönəlmək məqsədilə divarlara qrafitilər çəkiblər. Divarlara ingilis dilində “Urmu gölünün ölümü-duz fırtınası-Azərbaycanın ölümü” şüarı yazılıb.