Şuşada Vaqif Poeziya Günlərinin əsas hissəsi başlayıb – FOTO – YENİLƏNİB

62

Şuşada Vaqif Poeziya Günlərinin əsas hissəsi başlayıb.

Elchi.az xəbər verir ki, tədbirin əsas hissəsi görkəmli şair Molla Pənah Vaqifin məqbərəsinin önündə keçirilir.

Tədbirin gedişində Qarabağ və Şuşa mövzusunda şeirlər səsləndiriləcək, eyni zamanda, konsert proqramı da nəzərdə tutulub.

***

10:59

İyulun 14-də Şuşada Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri başlayıb.

Elchi.az xəbər verir ki, 40 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq ikinci dəfədir ki, Azərbaycanın mədəniyyət paytaxtında yenidən təşkil olunur.

Mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdiyi poeziya günləri iyulun 14-də “Qarabağ” mehmanxanasının qarşısında kitab sərgisi ilə başlayıb.

İrəliləyən saatlarda isə tədbirin rəsmi açılışı və konsert-tamaşa olacaq.

Şuşada Vaqif Poeziya Günlərinin əsas hissəsi başlayıb - FOTO  - YENİLƏNİB