Şuşada evləri söküb, qızınmaq üçün yandırırdıq – “Mer”in etirafı

2

1992-ci ildə Şuşa şəhəri bizim nəzarətimiz altına geçdikdən sonra ermənilər azərbaycanlıların evlərini dağıdaraq, yana biləcək hər şeyı sındıraraq, qışda qızınmaq üçün istifadə edirdilər.

Axar.az xəbər verir ki, bu sözləri Şuşanın işğal altında olduğu dövrdə 7 il Şuşanın “meri” işləmiş Artsvik Sərkisyan bildirib.

Onun sözlərinə görə, 7 il ərzində o, Şuşa şəhərinə tətbiq olunan heç bir investisiya görməyib:

“Şəhərdə insanlar öz hesabına yollara asfalt salıblar, özlərinə evlər tikiblər. Amma ən dəhşətlisi bu deyil. Azərbaycanlılar 30 il müddətində həmişə, hər yerdə deyirdilər ki, Şuşa Azərbaycanın qədim şəhəridir, Qarabağ Azərbaycandır. Bəs biz? Bəs biz, ermənilər? Bir il də keçmədi, biz artıq Şuşanı da, Qarabağı da unutduq. İndi özünüz nəticə çıxarın”, – deyə o qeyd edib.