Sürücülük imtahanları bu cür təşkil ediləcək

47

Nəqliyyat vasitələrini idarəetmə hüququnun verilməsi üçün imtahanlar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə təşkil ediləcək.

Elchi.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mərkəzi informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.

Əsasnaməyə əsasən, sistem vasitəsilə nəqliyyat vasitələrini idarəetmə hüququnun verilməsi üçün imtahanların təşkili, sürücülük vəsiqələrinin doldurulması və verilməsi həyata keçiriləcək.