Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Bu barədə Elchi.az-a Mərkəzdən bildirilib.
Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
– Heydər Əliyev prospekti kənar yol – Mərkəz istiqamətində;
– Heydər Əliyev prospekti əsas yol – Mərkəz istiqamətində;
– Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
– Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
– Bakı-Sumqayıt şosesi -“20 Yanvar” metrostansiyası istiqamətində;
– Binəqədi şosesi – “Azadlıq prospekti” metrostansiyası istiqamətində;
– Tiflis prospekti – “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;
– Xətai prospekti – Heydər Əliyev prospekti istiqamətində;
– Mikayıl Əliyev küçəsi – Neft Emalı Zavodunun yanından “Koroğlu” metrostansiyası istiqamətində (dairəyə qədər);
– Mikayıl Useynov prospekti – Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;
– Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
– Rəşid Behbudov küçəsi – Mərkəzi Bank istiqamətində;
– Dilarə Əliyeva küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
– Babək prospekti – Mərkəz istiqamətində;
– Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi istiqamətində;
– 20 Yanvar dairəsində;
– Sabunçu-Zabrat şosesi – “Koroğlu” metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.